Axtarış Sistemləri. Axtarış Texnikası
Axtarış sistemləri.
İnternetdə istənilən mövzuda informasiya tapmaq mümkündür.İnternetdə
axtarış üçün başlıca alət axtarış sistemidir.Axtarış sistemi veb-saytların
avtomatlaşdırılmış indeksini yaradan proqramdır. İnternetdə yüzlərlə axtarış
sistemləri vardır. Bu axtarış sistemləri arasında cüzi fərq olsa da , onların əksəriyyətini
ümumi xüsusiyyətlər birləşdirir; məs: bu sistemlərin hamısı axtarışı açar sözlərə görə həyata keçirir. Hər
bir axtarış sistemi 3 əsas hissədən ibarətdir:
1.Axtarış
sisteminin proqramı -
onun əsas hissəsidir.Bu proqram sistemin verilənlər bazasında saxlanılan
milyonlarla yazının arasında axtarış aparır.
2.Hörümçək və ya
soxulcan - axtarış sisteminin indeksləyici robotu olan
hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır və tapdığı səhifələri axtarış
sisteminə verir.Onun hörümçək və ya soxulcan adlandırılmasına səbəb,veb-də
aramsız “sürünməsi”,yəni veb-saytları yoxlaması və istinadları tapması ilə
bağlıdır.Dəyişiklikləri nəzərə almaq üçün hörümçək və ya soxulcan tez-tez əvvəllər
baxmış olduğu veb-saytlara yenidən “girə” bilər.
3.İndeks və
indeksləyici - hörümçək veb-səhifəni tapan kimi onu indeksə təqdim
edir,indeksləndikdən sonra o, bu axtarış sisteminin hər bir istifadəsi
zamanı”göz qabağında”olacaq.
İnternetdə səmərəli axtarış üçün yeni yanaşmalar lazımdır.Axtarış nə
qədər spesifik olarsa, axtarılanı tapmaq ehtimalı da bir o qədər böyük
olacaq.Bunun üçün nə axtarıldığını axtarış sisteminə dəqiq bildirməli və müxtəlif üsullardan istifadə etməyi bacarmaq lazımdır:
Frazaya görə axtarış-bir-birinin ardınca gələn sözləri tapmaq üçün
istifadə edilir.Fraza üzrə axtarış aparmaq üçün sözləri dırnaq içərisinə almaq
lazımdır.
Riyazi əməllər
vasitəsilə axtarış-istənilməyən
siyahını süzgəcdən keçirmək üçün istifadə edilir.Axtarışa sözlər əlavə etmək və
çıxartmaq üçün plyus(+) və minus(-) işarələrindən istifadə edilir.
Məntiqi əməllər
vasitəsilə axtarış -Verilənlər bazasında axtarış aparmağın bir yolu da Bul məntiqindən
istifadə etməkdir.Bunun üçün 3 məntiqi əməldən istifadə edilir.And(Və),Not(Deyil),Or(Və
ya).Bəzi axtarış sistemləri məntiqi axtarış üçün forma təklif edir.Advanced
Search(Ətraflı axtarış) hiperistinadını çıqqıldatdıqda, uyğun forma açılacaq və
bununla da dili, sözləri, frazaları daxil etmək və çıxartmaq mümkün olur.
Yorumlar
Yorum Gönder