Axtarış Sistemləri. Axtarış Texnikası
Axtarış sistemləri. İnternetdə istənilən mövzuda informasiya tapmaq mümkündür.İnternetdə axtarış üçün başlıca alət axtarış sistemidir.Axtarış sistemi veb-saytların avtomatlaşdırılmış indeksini yaradan proqramdır. İnternetdə yüzlərlə axtarış sistemləri vardır. Bu axtarış sistemləri arasında cüzi fərq olsa da , onların əksəriyyətini ümumi xüsusiyyətlər birləşdirir; məs: bu sistemlərin hamısı axtarışı açar sözlərə görə həyata keçirir. Hər bir axtarış sistemi 3 əsas hissədən ibarətdir: 1.Axtarış sisteminin proqramı - onun əsas hissəsidir.Bu proqram sistemin verilənlər bazasında saxlanılan milyonlarla yazının arasında axtarış aparır. 2.Hörümçək və ya soxulcan - axtarış sisteminin indeksləyici robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır və tapdığı səhifələri axtarış sisteminə verir.Onun hörümçək və ya soxulcan adlandırılmasına səbəb,veb-də aramsız “sürünməsi”,yəni veb-saytları yoxlaması və istinadları tapması ilə bağlıdır.Dəyişiklikləri nəzərə almaq üçün hörüm...